» » Yevlaxda ağır qəza: ana və qızı yaralandı

Yevlaxda ağır qəza: ana və qızı yaralandı

 
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. RegionXeberleri.com "Report"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Opel"dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 22:43
  
loading...