» » Şəmkirdə gənc oğlan yolda vuruldu - Vəziyyəti ağırdır

Şəmkirdə gənc oğlan yolda vuruldu - Vəziyyəti ağırdır

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Regionxeberleri.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb.

Yaralı yaxınlıqdakıların hadisə yerinə çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən E.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 09:18
  
loading...