» » Xəzər iki gənci uddu: - birinin 19 yaşı var...

Xəzər iki gənci uddu: - birinin 19 yaşı var...

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.

Regionxeberleri.com Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 11:06
  
loading...