reklam
» » 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı - MƏKTƏBDƏ

reklam

9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı - MƏKTƏBDƏ

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Regionxeberleri.com - un salamnews-a istinadən xəbərinə görə, bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova da təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunur. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.


Paylaş:


Müəllif : Tarix:
3-02-2017, 09:55
  


loading...
Загрузка...