» » Bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəldi - Azərbaycanda

Bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəldi - Azərbaycanda

Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub.

Regionxeberleri.com unikal.org-a istinadən xəbər verir ki, doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.

Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.

Əldə olunan məlumata görə oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır.

Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 09:19
  
loading...