» » Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Mercedes”-in sürücüsü hadisə yerində ölüb, sərnişin isə yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 09:43
  
loading...