» » Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın məhkəmədə ifadə verməkdən imtina edib

Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın məhkəmədə ifadə verməkdən imtina edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Regionxeberleri.com "Report" - a istiandən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
N.Qulubəyova ifadə verməkdən imtina edib. O, özün pis hiss etdiyini söyləyib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.
O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 11:05
  
loading...