» » Sumqayıtda fəhlə məktəbin damından yıxılaraq ölüb

Sumqayıtda fəhlə məktəbin damından yıxılaraq ölüb

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.
 
Regionxeberleri.com - un APA-a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 11:07
  
loading...