» » Hava limanında Azərbaycan vətəndaşı 2 milyon dollarlıq qızılla saxlanıldı - FOTO

Hava limanında Azərbaycan vətəndaşı 2 milyon dollarlıq qızılla saxlanıldı - FOTO

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın "Nursultan Nazarbayev" beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Regionxeberleri.com virtualaz.org-a istinadən xəbər verir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da "İstanbul-Astana" reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb.

Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 11:57
  
loading...