» » Kişini şantaj edən şəxs tutuldu - Bakıda

Kişini şantaj edən şəxs tutuldu - Bakıda

Bakı şəhər sakinindən şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pul alan şəxs saxlanılıb.

Regionxeberleri.com AzVision.az - a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 13:30
  
loading...