» » Bakıda Rusiya səfirliyinin avtomobili qəzaya düşüb

Bakıda Rusiya səfirliyinin avtomobili qəzaya düşüb

Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
 
Regionxeberleri.com - un APA-a istinadən məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
 
Qəza nəticəsində xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 16:18
  
loading...