X
Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı » Regionxeberleri.com Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı » Regionxeberleri.com

reklam
» » Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı

reklam

Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı

Bakının Neftçilər prospektində yerləşən mağazada baş vermiş yanğın söndürülüb.

Regionxeberleri.com bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yanğın mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın baş verib. Nəticədə alov mağazanın digər hissəsinə də keçib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.


Paylaş:


Müəllif : Tarix:
22-08-2017, 15:15
  


loading...