reklam
» » 8 yaşlı oğlan 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

reklam

8 yaşlı oğlan 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirdə azyaşlı uşaq evin eyvanından yıxılıb. Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2009-cu il təvəllüdlü Şabanov Əli İntiqam oğlu fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Kəllə-beyin travması alan azyaşlını dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
 
Xəstəxanadan verilən məlumata görə, uşağa tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
23-08-2017, 08:58
  


loading...
Загрузка...