Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI » Regionxeberleri.com Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI » Regionxeberleri.com

reklam
» » Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI

reklam

Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, 1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev idarə etdiyi sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və mikroavtobusu aşırıb.
Nəticədə iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Ölənlər:
1946-cı il təvəllüdlü Teymur Zərbəliyev;
1993-cü il təvəllüdlü Gülzar Abbasova.
Yaralılar:
1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev;
1974- cü il təvəllüdlü Bəylər Dədəkişi oğlu Quluzadə;
1991- cu il təvəllüdlü Kamran Rail oğlu Ələkbərov;
1992- ci il təvəllüdlü Amil Məmməd oğlu Əhmədov;
1968- ci il təvəllüdlü Şəhla Məmmədağa qızı Abbasova;
1957- ci il təvəllüdlü Böyükkişi Böyükağa oğlu Ağayev;
1963 - cü il təvəllüdlü Zeynəb Sadıq qızı Novruzova;
1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov.
Qeyd edək ki, yaralılardan dördünün vəziyyətinin ağır oğlduğundan Bakıdakı özəl klinikalardan birinə köçürlüb.
***12:29
Sabirabad. 11 sentyabr. REPORT.AZ/ Sabirabd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Muğan prospektində baş verib.
Belə ki, sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Qəzaya düşən mikroavtobusda sürücü ilə birlikdə 12 nəfərin olduğu bildirlir.
Əlavə məlumat veriləcək.


Paylaş:


Müəllif : Tarix:
11-09-2017, 13:34
  


loading...