reklam
» » Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

reklam

Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.
 
 Hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.
 
Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.
 
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə,  S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.
 
 Faktla bağlı Bərdə rayon Prokurorluğu  araşdırma başlayıb.


Paylaş:


Müəllif : Tarix:
5-02-2017, 19:20
  


loading...
Загрузка...