» » Fəhlə işləyən gənci ilan sancdı

Fəhlə işləyən gənci ilan sancdı

Tovuz rayonunda fəhləni ilan sancıb.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayon ərazisində fəhlə işləyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Anar Şakir oğlu Hüseynovu Kür çayının kənarında iş görərkən ilan sancıb.

O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, A.Hüseynovu gürzə ayağından sancıb.


Paylaş:


Müəllif : Tarix:
13-09-2017, 13:41
  
loading...