X
Masallıda “SHACMAN” motosikletlə toqquşub, ölən var » Regionxeberleri.com Masallıda “SHACMAN” motosikletlə toqquşub, ölən var » Regionxeberleri.com

reklam
» » Masallıda “SHACMAN” motosikletlə toqquşub, ölən var

reklam

Masallıda “SHACMAN” motosikletlə toqquşub, ölən var

Masallıda rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionXeberleri.com-un  APA-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara yolunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “SHACMAN” markalı yük maşını ilə Masallının Qızılağac kənd sakini Hüseyn Ağabba oğlu Ağayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə ağır yaralanan H.Ağayev dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 


Paylaş:


Müəllif : Tarix:
14-09-2017, 21:15
  


loading...