reklam
» » İsmayıllıda iki avtomobil toqquşdu: 2 ölü, 4 yaralı

reklam

İsmayıllıda iki avtomobil toqquşdu: 2 ölü, 4 yaralı

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-09-2017, 17:14
  


loading...
Загрузка...