X
Daşkəsəndə canavarlar kəndə hücüm edib » Regionxeberleri.com Daşkəsəndə canavarlar kəndə hücüm edib » Regionxeberleri.com

reklam
» » Daşkəsəndə canavarlar kəndə hücüm edib

reklam

Daşkəsəndə canavarlar kəndə hücüm edib

 
Daşkəsən rayonunda canavarlar kəndə hücumk edib, 34 qoyun və 1 inək tələf olub.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Təzəkənd kəndində yerləşən otlaq sahədə canavarlar mal-qaraya hücüm ediblər.

Kənd sakinlərinin “Report”un Qərb bürosuna verdikləri məlumata görə, ötən gün canavarlar 20-yə yaxın xırdabuynuzlu və 1 iribuynuzlu heyvanı parçalayıb: “Bundən əvvəl canavarlar kənd sakini Orucov Əbülfəz Qəşəm oğlunun təsərrüfatına hücüm edərək ona 6 qoyunu, Telman Cəfərovun təsərrüfatından isə 8 qoyunu parçalayıblar. Ötən 3-4 gün ərzində canavarlar bizim kəndin ərazisində sakinlərə məxsus 34 qoyunu və 1 inəyi tələf edib”.
Kənd sakinləri əlavə edib ki, rayonun Təzəkənd kəndi tez-tez canavarların hücumuna məruz qalır: “Canavarlar mal-qaralarımızı parçalayaraq bizə küllü miqdarda maddi ziyan vurublar. Buna görəndə kəndin sakinləri tüfəng və kənd təsərrüfatı alətləri ilə canavar ovuna çıxıblar”.




Paylaş:


Müəllif : Tarix:
20-09-2017, 14:46
  


loading...