» » Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

Həbsdə olan bələdiyyə sədri vəfat edib.
 
Regionxeberleri.com - un APA-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
 
Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.


Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 17:35
  
loading...