» » Bakıda 18 yaşlı gənc bacısı ilə yazışan oğlanı doğradı – TƏFƏRRATLAR + FOTO

Bakıda 18 yaşlı gənc bacısı ilə yazışan oğlanı doğradı – TƏFƏRRATLAR + FOTO

 Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovbarəsində olan hökmdən dövlət ittihamçısı apelyasiya protesti verib.

RegionXeberleri.com Teleqraf.com-a istinadən xəbər verir ki, prokurorun protesti Bakı Apelyasiya Məhkəməsinə daxil olub.

Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirismayıl Hüseynov 5 il müddətinə azadlqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mirismayıl Hüseynovun cəzasının 10 ilə qədər artırılmasını tələb edir.

Eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib.

İttihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 14-də Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonda 21 yaşlı Ələkbər Muxtarovla yazışdığın görüb. O, Feysbukda başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ələkbər Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb.

Bundan sonra Mirismayıl Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbəri yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı mübahisə düşüb və Mirismayıl Ələkbəri bıçaqlayaraq öldürüb.

Mirismayıl Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

Məlum olub ki, qətli törədən Mirismayıl Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Mirismayıl Hüseynov ilkin ifadəsində cinayəti qisqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışıb, görüşə dəvət etdiyi üçün cinayətə əl atıb.





Paylaş:


Müəllif : Tarix:
24-09-2017, 15:15
  
loading...