» » Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib.
Şəmkir rayon Könüllü kənd sakini, 1995-ci il Kənan Elçin oğlu İdrisli hələ ki, bilinməyən şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən bıçaq yarası alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
25-09-2017, 09:18
  
loading...