» » Bakıda yol polisdən daha bir QANUNSUZLUQ: Hər kəsin GÖZÜ ÖNÜNDƏ - VİDEO

Bakıda yol polisdən daha bir QANUNSUZLUQ: Hər kəsin GÖZÜ ÖNÜNDƏ - VİDEO

Bakıda, şəhərin mərkəzi hissəsi sayılan Səbael rayonu Tolstoy küçəsi ilə Mərdanov qardaşları küçələrinin kəsişməsində yol polisi evakuasiya qaydalarını kobud şəkildə pozub.

Regionxeberleri.com bildirir ki, BiG.AZ əməkdaşının çəkdiyi görüntülərdən də açıq-aşkar görünür ki, 99-XZ-339 dövlət nömrə serialı Mazda markalı avtomobili yalnış park etdiyi üçün evakuasiya edirlər. Lakin evakuasiya olunan maşının arxa təkərlərinə xüsusi diyircəklər qoyulmadan, öz təkərləri üzərində daşıyırlar.

Görüntüdə evakuasiya edən nəqliyyat vasitəsinin dövlət nömrə seriası görünməsə də evakuasiya edilən maşının nömrəsi açıq-aşkar şəkildə kameralara yansıyıb.

Həmin görüntüləri sizə təqdim edirik.


Paylaş:


Müəllif : Tarix:
25-09-2017, 12:42
  
loading...