reklam
» » Mingəçevirdə sərxoş sürücü maşını dairəyə çırpıb – 6 nəfər yaralanıb

reklam

Mingəçevirdə sərxoş sürücü maşını dairəyə çırpıb – 6 nəfər yaralanıb

 
Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, “Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxslər:

Sürücü – 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər – 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə
Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
25-09-2017, 22:36
  


loading...
Загрузка...