reklam
» » Aşura günü Gəncədə ara qarışıb- ZİYARƏTÇİLƏRLƏ POLİS TOQQUŞUB

reklam

Aşura günü Gəncədə ara qarışıb- ZİYARƏTÇİLƏRLƏ POLİS TOQQUŞUB

Dünən keçirilən Aşura günündə Gəncədə polis qüvvələri ilə ziyarətçilər arasında qarşıdurma yaranıb.
Regionxeberleri.com - un Gununsesi.info-a istinadən xəbərinə görə, şəhərin İmamzadə türbəsinə insanların yürüş şəklində gedişinə maneçilik törədilib.
Bundan başqa, İmamzadə ərazisində minlərlə insan şüar səsləndirib. Bu isə polis tərəfindən etirazla qarşılandığından insident yaranıb. Nəticədə əraziyə daxili qoşunların əsgərləri cəlb olunub.
Bu arada isə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamzadənin axundu Hacı Tahir Abbasovun “qafqazinfo”ya bildirib ki, razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub.
T.Abbasovun sözlərinə görə, axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, nəticədə insident baş verib. İnsidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub.
Gəncə Baş Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
2-10-2017, 13:08
  


loading...
Загрузка...