X
Ucarda piyadanı maşın vurub » Regionxeberleri.com Ucarda piyadanı maşın vurub » Regionxeberleri.com

reklam
» » Ucarda piyadanı maşın vurub

reklam

Ucarda piyadanı maşın vurub

 
Hadisə ötən gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Ucar rayon sakini Vaqif Qanboy oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən Göyçay rayon sakini,1991-ci il təvəllüdlü Rəhman Şakir oğlu Məmmədovu vurub. Ağır xəsarət alan R. Məmmədov hadisə törədən sürücünün köməkliyi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib. Ucar Mərkəzi Rayon Xəstəxanasında Tramotologiya Şöbəsi olmadığı üçün o, Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Məlumata görə, hadisəyə səbəb yolun əks tərəfində dayanmış minik maşınının uzaqvuran işıqlardan istifadə etməklə sürücünü çaşdırması olub. Fakt araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
8-10-2017, 10:35
  


loading...