reklam
» » Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb

reklam

Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb

 
Mingəçevirdə 34 yaşlı Pərviz Məmmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Eldar adlı şəxs saxlanılıb.

Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib.

Qeyd edək ki, hadisə P. Məmmədovun işlədiyi bərbərxanada, İ. Qayıbov küçəsində baş verib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.


Paylaş:


Müəllif : Tarix:
22-10-2017, 21:10
  


loading...
Загрузка...