reklam
» » Biləsuvarda yeniyetmə qız özünü maşının altına atıb - YENİLƏNİB

reklam

Biləsuvarda yeniyetmə qız özünü maşının altına atıb - YENİLƏNİB

Biləsuvarda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü rayon sakini Abbasova Aysel Şahin qızı anası ilə yol kənarında gedərkən qəfil özünü "Qazel" markalı yük avtomobilinin qarşısına atıb.
O, müxtəlif bədən xəsarətləri ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
***00:06
Biləsuvar. 26 oktyabr. REPORT.AZ/ Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, 12 yaşlı uşaq müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə Cərrahiyyə şöbəsində əməliyyat olub. Məlumata görə, o, yol qəzası zamanı xəsarətlər alıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. 


Paylaş:


Müəllif : Tarix:
26-10-2017, 09:39
  


loading...
Загрузка...