reklam
» » Mingəçevirdə oğurluq edən 3 nəfər tutulub

reklam

Mingəçevirdə oğurluq edən 3 nəfər tutulub

Mingəçevir şəhərində mənzildən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

DİN mətbuat xidmətinə bilavasitə tabe olan Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Mingəçevir şəhər sakini Vahid Əliyev oktyabrın 27-də naməlum şəxslər tərəfindən ona məxsus evdən dəyəri 1000 manat olan məişət və ustaya aid təmir əşyalarının oğurlanması barədə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər - Mingəçevir şəhər sakinləri, 1991-ci il təvəllüdlü Novruz Hüseynov və Rasif Sarıyev, 1999-cu il təvəllüdlü Elməddin Ağammədov şübhəli şəxs qismində saxlanılıb. Oğurlanan əşyalar maddi sübut kimi polis tərəfindən götürülüb.

Faktla əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.    


Paylaş:


Müəllif : Tarix:
28-10-2017, 18:13
  


loading...
Загрузка...