reklam
» » Ağdaşda qadınlar dalaşdı

reklam

Ağdaşda qadınlar dalaşdı

Ağdaşda baş verən mübahisə kütləvi dava ilə nəticələnib.

Regionxeberleri.com - un Report-a istinadən  məlumatına görə, hadisə rayonun Ağzıbir kəndinin sakinləri arasında qeydə alınıb.

Kənd sakini Surxay Əsgərov tərəfindən Tuqay meşəsi ərazisində yerləşən örüş sahələrinin çəpərlənməsi üstündə başlanan mübahisə sonradan qadınların da iştirakı ilə kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan Məzburə İlyas qızı Məhərrəmovaya yaxınlıqdakı tibb məntəqəsində ilkin yardım göstərilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
1-11-2017, 09:23
  


loading...
Загрузка...