reklam
» » Bakı yaxınlığında faciə: daşlar avtomobilin üstünə töküldü, ölən var

reklam

Bakı yaxınlığında faciə: daşlar avtomobilin üstünə töküldü, ölən var

  Dünən Masazırda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub. Regionxeberleri.com Lent.az - a istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
*****
 
10:22
 
Abşeron rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Quba yolunun 16-cı kilometrliyində "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə idarəetmədən çıxan maşınlardan biri yolun kənarındakı 1992-ci il təvəllüdlü Salmanov Səid İsmayıl oğlunu vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
3-11-2017, 12:15
  


loading...
Загрузка...