reklam
» » Ağstafada 2 gənc oğru belə yaxalandı - FOTOLAR

reklam

Ağstafada 2 gənc oğru belə yaxalandı - FOTOLAR

Ağstafa sakini həmkəndlisinin əmlakına qənim kəsilib.
ARB  xəbər verir ki, qonşusunun mağazasını talayan gənc qısa müddət ərzində saxlanılaraq məsuliyyətə cəlb olunub. Ağstafa polisi daha bir oğrunu isə iş başında yaxalayıb.
Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini İsmandiyar Alıhüseynov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazanın qarət olunması barədə məlumat verib. Mağazaya baxış keçirən polis əməkdaşları oradan nəğd pul, tütün məmulatları, danışıq kartları, eləcə də obyektin təhlükəsizlik kamerasını və yaddaş aparatının oğurlanmasını müəyyən ediblər. Asayiş keşikçiləri qısa zaman kəsiyində oğurluq törədən şəxsin kimliyini də üzə çıxarıb. Məlum olub ki, mağazanı qarət edən zərərçəkənin həmkəndlisi əvvəllər oğurluq etdiyi üçün 3 il məhkumluq həyata yaşayan Ülvi Cəlilovdur.
  Fərid İsgəndərov- müstəntiq: “İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Ülvi Cəlilov Bakı şəhəri Suraxanı rayonu ərazisində tutularaq istintaqa təqdim olunub”.
Paytaxt Bakıdan Ağstafaya gətirilən Ülvi Cəlilov əməlini səmimi etiraf edib: “Gecə saat 5- də girdim. Sonra götürüb avtovağazala gəldim. Bakıya getdim. Orada götürdüklərimi satıb pul əldə etdim”.
Ağstafa polisi rayon sakini 19 yaşlı Orxan Omarlını da saxlayıb. Həmin şəxs rayon ərazisində fəaliyyət göstərən mağazaların birindən velosiped və onun ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinir. Rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşları gənci hadisədən dərhal sonra maddi sübutla birlikdə yaxalayıb.

Fərid İsgəndərov- müstəntiq: “Ağstafa rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Ağstafa rayon Həsənsu kənd sakini Yolçuyev Vidadi Bayram oğluna məxsus Ağstafa rayonunda yerləşən "Velosiped və ehtiyat hissələri" mağazasından oğurluq etməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Omarlı Orxan Telman oğlu saxlanaraq istintaqa təqdim olunub”.
Saxlanılan Orxan Omarlı əvvəllər 3 nəfərin ölümünə səbəb olan yol qəzası törətdiyi üçün bir dəfə cinayət məsuliyyətinə cəlb olunub. Ancaq həmin vaxt yaşının azlığı onu cəzadan xilas edib. Bu dəfə isə Orxan Omarlının dadına gənc olması çatmayacaq. Hər iki oğurluq faktı ilə bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
 
 


Paylaş:


Müəllif : Tarix:
11-02-2017, 09:06
  


loading...
Загрузка...