reklam
» » Sabirabadda toyda kütləvi dava, xəsarət alanlar var

Sabirabadda toyda kütləvi dava, xəsarət alanlar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Əlavə məlumat veriləcək. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 20:16
  
loading...