reklam
» » Bakıda dava: idmançımız bıçaqlandı

Bakıda dava: idmançımız bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı "Mersedes" markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır.

M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 09:05
  
loading...