reklam
» » 62 yaşlı “Əməkdar müəllim” həbs edilib

62 yaşlı “Əməkdar müəllim” həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 62 yaşlı Əməkdar müəllim Nuriyyə Ağayevanın məhkəməsi başlayıb.

Regionxeberleri.com - un “Qafqazinfo” - a istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 14-də davam etdiriləcək.

İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.

Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 13:04
  
loading...