reklam
» » 2 gün əvvəl Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi

reklam

2 gün əvvəl Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi

Qax rayonundan toydan qayıdarkən Şəkidə avtomobil qəzasına uğramış 4 hərbçidən biri dünyasını dəyişib.

Regionxeberleri.com virtualaz.org-a istinadən xəbər verir ki, 2 gün əvvəl toydan qayıdan zaman avtomobil qəzasında ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Salyan rayon sakini Məhəmməd Qalib oğlu Heydərov ötən axşam dünyasını dəyişib.

Xatırladaq ki, iki “Mercedes”in qarşı-qarşıya toqquşduğu həmin qəzada maşınların birində olan 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. Yaralılardan 4 nəfəri hərbçi idi. Həmin vaxt vəziyyətləri nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilmişdi. Başından ağır xəsarət alan Məhəmməd Heydərov isə koma vəziyyətində Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdi.

24 yaşlı Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq.


Paylaş:


Müəllif : Tarix:
11-12-2017, 11:55
  


loading...
Загрузка...