reklam
» » Azərbaycanlı alimə edam hökmü elan edildi

reklam

Azərbaycanlı alimə edam hökmü elan edildi

Təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Milli.Az "Günaz TV"yə istinadən xəbər verir ki, "İran Wire"in yaydığı məlumata görə, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.

Əhmədrza Calalinin anası isə bildirir ki, iki gün öncə edam hökmünün təsdiq edildiyini eşidib: "Həmən oğlumun vəkilinə zəng etdim. O bildirdi ki, "bu şayiədir, hələlik Ali Məhkəmə bu barədə qərar verməyib. Lakin bu gün vəkil  hökmün təsdiq edildiyi ilə bağlı sənədi alıb".

Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini casusluqda günahlandırıb. İddiaya görə, o, bəzi iranlı nüvə alimləri ilə bağlı "Mossad"a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.

Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah") və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

Azərbaycanlı alimin anası bir istəyi olduğunu bildirir: "Bizim səsimizi dünya ictimaiyyətinə çatdırın. Deyin ki, Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa, açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik", - deyə o vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
13-12-2017, 11:25
  


loading...
Загрузка...