Məsud Yılmazın oğlu özünü güllələdi » Regionxeberleri.com Məsud Yılmazın oğlu özünü güllələdi » Regionxeberleri.com

reklam
» » Məsud Yılmazın oğlu özünü güllələdi

reklam

Məsud Yılmazın oğlu özünü güllələdi

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz vəfat edib.

“Hürriyət” 1979-cu ildə anadan olan Yavuz Yılmazın İstanbulda yaşadığı “Beykoz Konakları” adlı lüks ərazidəki evində ölü halda tapıldığını bildirib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Məsud Yılmaz 1991-1999-cu illərdə Türkiyədə fasilələrlə 3 dəfə baş nazir vəzifəsini icra edib.

***

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın intihar etdiyi məlum olub.

Türkiyə mediası Yavuz Yılmazın başına atəş açaraq intihar etdiyini yazıb. Onun nəyə görə özünü öldürdüyü hələlik bilinmir.

Yavuz Yılmazın ölüm xəbəri Məsud Yılmaza bir müddət öncə səfər etdiyi ABŞ-da çatdırılıb. Onun bu gecə Türkiyəyə qayıdacağı bildirilib.


Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 15:05
  


loading...