reklam
» » Ucarda naməlum avtomobil piyadanı vurub

reklam

Ucarda naməlum avtomobil piyadanı vurub

Ucarda  piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün  səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Rəstəcə kənd sakini, 1983-cü il təvəllüdlü Nurlan Əjdər oğlu Hüseynovu naməlum avtomobil vurub.

Ağır vəziyyətdə Ucar Mərkəzi  Rayon Xəstəxanasına yerləşdirilən N. Hüseynova ilkin tibbi  yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Hadisənin hansı şəraitdə və hansı növ avtomobillə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-12-2017, 16:14
  


loading...
Загрузка...