reklam
» » Bakıdakı dəhşətli qətlin səbəbi: arvadının başını niyə kəsdi? - YENİLƏNİB

reklam

Bakıdakı dəhşətli qətlin səbəbi: arvadının başını niyə kəsdi? - YENİLƏNİB

Ötən gecə Bakının Binəqədi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 52 yaşlı Rasim Çəltikovun həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürdüyü məlum olub.

Bildirilir ki, Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra dünən gecə saatlarında Rasim Çəltikov məlum cinayəti törədib.

Hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.

*****

8:26

Bakıda dəhşətli qətl törədilib. Lent.az xəbər verir ki, Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğaznı kəsib. Qadın hadisə yerində ölüb.

Bıçaqla həyat yoldaşının başını kəsən R.Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
20-12-2017, 12:10
  


loading...
Загрузка...