reklam
» » Bakıda qəribə oğurluq: internetdə satmaq istəyərkən...

reklam

Bakıda qəribə oğurluq: internetdə satmaq istəyərkən...

Sabunçu rayonunda çay evindən oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə Balaxanı qəsəbəsində yerləşən çay evlərindən birinin sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə xəbər verib. Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib.

Qeyd edək ki, E.Qasımov hadisədən sonra oğurladığı əşyaları satmaq üçün onların şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
23-12-2017, 11:03
  


loading...
Загрузка...