reklam
» » İsmayıllıda canavarlar 25 baş qoyunu parçalayıb

reklam

İsmayıllıda canavarlar 25 baş qoyunu parçalayıb

İsmayıllı rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qoşakənd kəndində qeydə alınıb.

Canavarlar kəndin dağlıq ərazidəki otlaq sahəsinə hücum edərək Nəcəfalı Abdullayev, Səməd Nurməmmədov, Ağasəf Babayev, Həsən Hüseynov, Sadiq Mehriyevə məxsus 21 baş qoyunu parçalayaraq tələf edib, 4-nü ağır yaralayıb.

Hava dumanlı olduğu üçün qoyunları otaran kənd sakini canavarların sürüyə yaxınlaşmasını gec görüb.

Xəsarət alan qoyunlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılacaq. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez otlaq sahələrinə və fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.


Paylaş:


Müəllif : Tarix:
27-12-2017, 11:09
  


loading...
Загрузка...