"Embawood"un əməkdaşını qətlə yetirib maşınını yandıran şəxs HƏBS OLUNDU » Regionxeberleri.com "Embawood"un əməkdaşını qətlə yetirib maşınını yandıran şəxs HƏBS OLUNDU » Regionxeberleri.com

reklam
» » "Embawood"un əməkdaşını qətlə yetirib maşınını yandıran şəxs HƏBS OLUNDU

reklam

"Embawood"un əməkdaşını qətlə yetirib maşınını yandıran şəxs HƏBS OLUNDU

Ağstafa rayonunda Gəncə sakini 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi qətlə yetirərək maşınını yandıran şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Elçin Məmməd oğludur.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Embawood" firmasında çalışırmış.

Hadisə Ağstafa rayonunun Xətai kəndində baş verib. Meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarəti olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edildiyi yerdən, təxminən 1,5 kilometr kənarda yandırılıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
4-01-2018, 09:49
  


loading...