reklam
» » Zərdab sakini avtomobillə qohumunu vurub

reklam

Zərdab sakini avtomobillə qohumunu vurub

Zərdab rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Bu gün səhər saatlarında Zərdab rayon sakini Zamiq Məmməd oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə ehtiyatsızlıqdan yaxın qohumu İlyas Nəsib oğlu Musayevi vurub.

Ağır xəsarət alan İ. Musayev Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədilə Bakıdakı xəstəxanaların birinə göndərilib.

Məlumata görə, hadisəyə dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı  araşdırma aparılır.

RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
9-01-2018, 13:21
  
loading...