reklam
» » Göyçayda oğurluq hadisəsi olub

reklam

Göyçayda oğurluq hadisəsi olub

 
Ötən gün Göyçay rayonunun Potu kəndində oğurluq hadisəsi baş verib.Kənd sakini Yaqubov Əyyub Süleyman oğluna məxsus 5 baş qoyun həyətindəki tövlədən oğurlanıb.Əyyub Yaqubov oğurluq hadisəsi ilə əlaqədar Göyçay RPŞ-nə dərhal məlumat verib.
Heyvanların və onları oğurlayan şəxslərin tapılması üçün polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri hələlik nəticəsiz qalıb. Qoyunları oğurlanan vətəndaşa ümumilikdə 1000  manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
12-01-2018, 00:14
  


loading...
Загрузка...