X
Bakıda banka basqın olub » Regionxeberleri.com Bakıda banka basqın olub » Regionxeberleri.com

reklam
» » Bakıda banka basqın olub

reklam

Bakıda banka basqın olub

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

Regionxeberleri.com - un “Report”a istinadən xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 16:28
  


loading...