reklam
» » Göyçayda faciə: fəhlə torpaq uçqununda qaldı

reklam

Göyçayda faciə: fəhlə torpaq uçqununda qaldı

Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.

Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
20-01-2018, 14:20
  


loading...
Загрузка...