X
Lənkəranda insanları döyərək öldürən şəxs tutuldu » Regionxeberleri.com Lənkəranda insanları döyərək öldürən şəxs tutuldu » Regionxeberleri.com

reklam
» » Lənkəranda insanları döyərək öldürən şəxs tutuldu

reklam

Lənkəranda insanları döyərək öldürən şəxs tutuldu

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

APA-nın məlumatına görə, Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.


Paylaş:


Müəllif : Tarix:
21-01-2018, 15:28
  


loading...