reklam
» » Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb

reklam

Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda partlayışın baş verəcəyi iddiası ilə kommunal mənzilin sakinlərini təşvişə salan azərbaycanlı saxlanılıb.

Yanvarın 21-də, 16:28 radələrində polisin növbətçi hissəsinə 14 saylı mənzildən, 1977-ci təvəllüdlü vətəndaş tərəfindən məlumat daxil olub. Həmin şəxs polisə evin qısa zamanda partlayacağını bildirib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayətləri üzrə 18 saylı polis bölməsindən  briqada göndərilib. Qeyd olunan kommunal mənzilin dəhlizində 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Əvvəllər məhkumluğu olmayan şəxs polis bölməsinə aparılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işi açılıb.

Mənzildə aparılan axtarış zamanı içəridə heç bir partlayıcı vasitə və ya partlayış təhlükəli qurğu  aşkarlanmayıb. Sakinlərin təxliyyə olunmadığı bildirilir.


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 14:24
  


loading...
Загрузка...