reklam
» » Gürcüstanda banka silahlı basqın olub

reklam

Gürcüstanda banka silahlı basqın olub

Gürcüstanın Kutaisi şəhərində “Bank of Georgia” bankının filiallarından birinə silahlı hücum olub.

Gürcüstan mətbuatı xəbər verir ki, hücum edən şəxs bank filialının əməkdaşlarına atəş açıb.

Bank işçilərindən bir nəfərin yaralandığı bildirilir.

Silahlı oğru bankdan müəyyən məbləğdə pul götürərək hadisə yerindən qaça bilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi cinayətkarın saxlanılması istiqamətində istintaq tədbirləri həyata keçirir.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında “Bank of Georgia” bankının bir neçə filialında oğurluq olmuşdu.


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 23:34
  
loading...